Qobustanda ağır yol qəzası: xəsarət alan var

Qobustanda ağır yol qəzası: xəsarət alan var
  03 May 2014    Oxunub:1115
Qobustanda ağır yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qobustan rayonu Bakı-Şamaxı avtomobil yolunun 86-cı kilometrliyində “Prado” markalı minik avtomobilinin “Hundai” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, deformasiya uğramış “Hundai” markalı minik avtomobilinin sürücüsü sıxılmış vəziyyətdə aşkarlanıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1 nəfər yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:27-də başa çatıb.


Teqlər:





Xəbər lenti