Deputatdan ağaclarla bağlı ilginc təklif

Deputatdan ağaclarla bağlı ilginc təklif
  02 May 2014    Oxunub:1084
“Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc ağacların pasportlaşmasını təklif edib.
AzVision.az-ın məlumatına görə, millət vəkili ağacların pasportlaşması ilə yanaşı yaşıllıqlarla bağlı kvotanın müəyyən edilməsini də təklif edib.

“Ağacın kəsilməsi ilə adamın kəsilməsi eynidir. Ağacların pasportlaşmasnı mühümləşdirməliyik. Berlində bunu görmüşük. Hər ağacın üstündə onun pasportu vurulub. Hesab edirəm ki, ağaclar da biz insanlar kimi canlıdır”,-deyə Z.Oruc əlavə edib.

Milli Məclisin bu gün keçirilən plenar iclasda sonuncu müzakirə olunan məsələ II oxunuşda müzakirəyə çıxarılan “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi olub.

Qanun layihəsi barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

Onun sözlərinə görə, qanun Azərbaycanda yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir: “Qanunda müəyyən edilən qaydalar meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitikilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla ölkə ərazisindəki yaşıllıqlara tətbiq edilir”.

Yaşıllıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi, mədəni-sağlamlaşdırma mühitinin yaradılması və təmin edilməsi, yaşıllıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması, yaşıllıqların mühafizəsi sahəsində dövlət və ictimai nəzaritinin aparılması, qanunvericiliyin pozulmasına görə məsuliyyət yaşıllıqların mühafizəsinin əsas prinsiplərini təşkil edir.

Dövlət mülkiyyətində olan yaşıllıqların idarə olunmasını müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yaşıllıqların mühafizəsini onların mülkiyyətçiləri, idarəçiliyində və istifadəsində yaşıllıq olan şəxslər həyata keçirirlər. Texniki iqtisadi əsaslandırma, ətraf mühitə təsirin qiymətləndirilməsi, habelə şəhərsalma və tikinti fəaliyyətinə dair layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə həminərazidəki yaşıllıqlarınvəziyyətini əks etdirən məlumatlar tam və dürüst əks olunmalıdır. Yeni layihələndirilən obyektlərdə yaşıllıqların salınması mütləq qaydada həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun nəzərdə tutulur və bu tələbin pozulması müvafiq məsuliyyət yaradır.

Yaşıllıqların uçotu növlər üzrə ayrıca aparılır və yaşıllaşdırma obyektlərinin pasportunda əks olunur. Yaşıllığın götürülüb-götürülməməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı 10 təqvim günü ərzində qəbul edilir. Yaşıllıqların mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbayacnın qoşulduğu beynəlxalq konvensiyalar və sənədlər, habelə digər ölkələrlə bağlanmış iki və çoxtərəfli müqavilələr, sazişlər, razılaşmalar əsasında həyata keçirilir.

Qeyd edək ki, müzakirələrin sonunda qanun layihəsi II oxunuşda qəbul edilib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti