"Biz daha tez arıqlaya bilərdik, amma beynimiz bizə mane olur..."

   "Biz daha tez arıqlaya bilərdik, amma beynimiz bizə mane olur..."
  04 Sentyabr 2022    Oxunub:837
"Bu iki tip neyronlar piyin yanması üçün qaz və əyləc pedalları kimidir..."
Əvvəllər alimlər güman edib ki, beyin piyin insan orqanizmində yanması prosesini nizamlamır.

Lakin yeni tədqiqat göstərib ki, bu, heç də belə deyil.

Bu barədə "New Atlas" tibb jurnalı yazıb.

Maddələr mübadiləsinə ənənəvi baxış bundan ibarətdir ki, orqanizm enerji istehsalı üçün müxtəlif siqnal hormonlarından istifadə edir.

Piy toxuması orqanizmdə bir növ enerjinin saxlanma sistemidir və bu ehtiyatların lazım olanda fiziki aktivlik və ya stres zamanı əlavə "yanacaq" alması üçün beynin müəyyən siqnalları simpatik sinir sistemini hərəkətə gətirir ki, o da öz növbəsində piy hüceyrələrinə enerjiyə çevrilməsini əmr etsin.

Beləliklə, mütəxəssislər əmin olub ki, piy toxumasında olan sinir lifləri sinir sisteminin simpatik bölməsi ilə bağlıdır və beyinlə heç bir əlaqəsi yoxdur.

Alimləri yalnız piy toxumasında məhz hansı tip neyronların olması maraqlandırıb.

Bu suala cavab vermək üçün ABŞ Kaliforniya ştatının Skripps Elmi-Tədqiqat institutunun əməkdaşları insanın piy toxumasının iki vizuallaşdırma metodunu yaradıb.

HİBRİD-piy toxumasını şəffaf edir, bu da tədqiqatçılara orada neyronların yerləşməsini görməyə unikal imkan yaradır.

ROOT- tədqiqatçılara piy toxumasında yerləşən müəyyən neyronların bədənin digər hissələri ilə necə qarşılıqlı əlaqədə olmasını öyrənməyə imkan verir.

Tədqiqat müəllifi Yu Vanın sözlərinə görə, tədqiqatın gedişində piy toxumasında beyinin arxa kökcüklərin qanqliyası adlanan hissəsi ilə birbaşa əlaqəsi olan neyronlar şəbəkəsini aşkar etmək mümkün olub.

"Bu neyronların aşkar edilməsi ilk dəfə güman etməyə əsas verir ki, beyin piydən, sadəcə, passiv olaraq məlumatlar almır, aktiv şəkildə piyi tədqiq edir", - bunu tədqiqat həmmüəlliflərindən Li E deyib.

Tədqiqatın gedişində alimlər beyinlə piy toxuması arasında əlaqəni əngəlləyib və nəticə gözlənilməz olub.

Heç demə, beyinlə birbaşa əlaqə kəsilərsə, orqanizmimiz simpatik sinir sistemini hərəkətə gətirir, o da öz növbəsində piyin yanma prosesini bizim fiziki aktivliyimizdən asılı olmayaraq aktivləşdirir.

Tədqiqatçılar bu nəticəyə gəlib: sensor neyronlar və simpatik sinir sistemi tandem şəklində işləyir-birincilər metabolik prosesi söndürür, ikincilər işə salır.

Nəticədə aydın olub ki, beyin piyin yanma prosesinə birbaşa təsir göstərmək qabiliyyətinə malikdir.

"Bu iki tip neyron piyin yanması üçün qaz və əyləc pedalları kimidir", - Li E izah edib.

"Alimlərin kəşfi hələ daha da işlənilməyi tələb edir, lakin artıq aydındır ki, yeni məlumatlar gələcəkdə həyatın keyfiyyətini yaxşılaşdırmaq və artıq çəki ilə mübarizə aparmaq üçün istifadə edilə biləcək", - məqalədə belə deyilir.(Moderator.az)

AzVision.az


Teqlər:





Xəbər lenti