Su xəttinin yarımçıq çəkilişi narazılığa səbəb oldu- VİDEO

Su xəttinin yarımçıq çəkilişi narazılığa səbəb oldu- VİDEO
  02 May 2014    Oxunub:1043
Dünya Su Federasiyasının prezidentinin açıqladığı ən son məlumata görə, dünya üzrə təmiz su ehtiyatları tükənmək üzrədir. Bu da artıq indidən bir çox ölkələrdə özünü biruzə verməyə başlayıb. Elə Azərbaycanda da sudan əziyyət çəkənlər var. Ərazilərə su xəttlərinin çəkilməməsi və ya çəkilib yarımçıq saxlanılması bu gün qarşılaşdığımız ən böyük problemlərdən biridir. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki,Analoji vəziyyət Bakının Nərimanov rayonunda da yaşanır.

Nərimanov rayonu, Vladislav Polotnikov, 31 ünvanının sakinləri yaşadıqları əraziyə su xəttinin tam çəkilməməsindən narazıdırlar. Artıq 15 gündür ərazidə “Azərsu” ASC-ə məxsus podratçı şirkətin işçiləri çalışır. Müsahiblərimin sözlərinə inansaq, buradakı su xətləri hissə-hissə və necə gəldi çəkilır. Üstəlik kortəbii şəkildə aparılan işi elə açıq şəkildə də qoyub gediblər. Su və kanalizasiya xətlərinin 1988-ci ildən bu günə kimi dəyişilmədiyini deyən sakinlər, indi işlərin yarımçıq görülməsindən giley edirlər.

Podratçı şirkətin işçiləri qonşu məhəllədə xətlərin dəyişdirilməsilə məşğul idi. İşçilərin sakinlərə, onlara verilən layihə əsasında işlədiklərini deməsi əməlli-başlı səs-küyə səbəb oldu.

Daha sonra əraziyə iş icraçısı gəldi və sakinləri narahat edən sualları ona ünvanladıq. İş icraçısı da onlara verilən tapşırığı yerinə yetirdiklərini bildirdi.

Məsələ ilə bağlı “Azərsu” ASC-lə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, həmin ərazidə su xəttində heç bir əsaslı təmir işləri aparılmır. Yəni xətlər dəyişdirilmir. Sadəcə əhalinin içməli su ilə təchizatını yaxşılaşdırmaq üçün yeni magistral su xətti köhnə xətlə birləşdirlir. O ki, qaldı pul məsələsinə bu şər böhtandan başqa bir şey deyil. Podratçı şirkət əməkdaşları həmin ərazidə çalışaraq onlara verilən işi icra edirlər. Xətlərin əsaslı təmir isə hələ ki gözlənilmir. Hər halda qurum əhalinin içməli su ilə təchizatında problem olmayacağını deyir. Sakinlər isə bir qədər səbr etməlidirlər.




Teqlər:





Xəbər lenti