Hərbi hissə komandiri qəzaya düşdü

Hərbi hissə komandiri qəzaya düşdü
  02 May 2014    Oxunub:1187
Azərbaycanda hərbi hissə komandiri əvəzi ağır qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sumqayıt şəhər ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandir əvəzi, polkovnik-leytenant Fuad Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə ağır yaralanan hərbçi hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.


Teqlər:





Xəbər lenti