Maşına pərdə vurmaq olar, ancaq bir şərtlə

Maşına pərdə vurmaq olar, ancaq bir şərtlə
  30 Aprel 2014    Oxunub:5353
Avtomobillərdə pərdə həvəskarı olan sürücülər üçün yay sezonu başlayır.

Belə ki, Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına qoyulmuş qadağanın müddəti sabah bitir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin iqlim şəraiti nəzərə alınmaqla hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verən qərarı qüvvəyə minəcək.

Qərara əsasən maşınlarda arxa qapıdakı pərdə və jalüzlərdən istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, mayın 1-dən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilib. Sürücünün sağındakı və solundakı şüşələrə (qabaq qapının şüşələrinə) jalüz çəkilməsindən söhbət gedə bilməz.

AzVision.az


Teqlər:  





Xəbər lenti