Çingiz Abdullayev Gəncədə oxucularla görüşüb

Çingiz Abdullayev Gəncədə oxucularla görüşüb
  30 Aprel 2014    Oxunub:1332
Dünya şöhrətli yazıçı Çingiz Abdullayev Gəncə şəhərində oxucuları ilə görüşüb.
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının Qərargahında baş tutan görüşdə şəhər ictimaiyyəti, gənclər, ali və orta təhsil müəssisələrinin nümayəndələri, QHT və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri “Odlar Yurdu” GİB sədri Nigar Ələsgərova açaraq qonaqları salamlayıb. Belə bir tədbirin keçirilməsinə dəstək olduğu üçün Gəncə şəhər rəhbərliyinə gənclər və tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, gənc şair Xəyal Rza çıxış edərək bu tədbirin gənclər üçün, onların kitab oxumağa həvəslərinin artırılması üçün xüsusi əhəmiyyət kəsb etdiyini söylədilər.

Tədbir Çingiz Abdullayevlə maraqlı müzakirələr, sual- cavab, səmimi söhbət mühitində davam edib. Yığıncaqda həmçinin, yazıçının əsərləri müzakirə olunub. Yazıçı öz həyat təçrübəsini gənclərlə paylaşıb. Görüş iştirakçıların böyük marağına səbəb olub.

Yüzlərlə gəncin, oxucunun arzusunda olduğu görüşün keçirilməsində əsas məqsəd görkəmli yazıçının tövsiyələrindən faydalanan gənclərin dünyagörüşünün inkişafına, onların asudə vaxtını səmərəli təşkil etməklə maariflənmələrinə münbit şərait yaratmaqdır.

Çingiz Abdullayev ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. Rus, ingilis, italyan dillərində sərbəst danışır. “Şöhrət” ordenli böyük alim Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyada məşhur dedektiv yazıçısı və publisistdir. 193 kitabın müəllifi olan yazıçının 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb.




Teqlər:





Xəbər lenti