`07` `KamAZ`la toqquşdu, 1 ölü

`07` `KamAZ`la toqquşdu, 1 ölü
  30 Aprel 2014    Oxunub:1052
Bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 205-ci km-də, Göyçay rayonunun Qarayazı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az APA-ya istinadən xəbər verir ki, Göyçay rayon sakini, 1983-cü il təvəllüdlü Ramal Ələsgərovun idarə etdiyi 90 JM 662 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili qarşı tərəfdən gələn Şuşa rayon sakini, 1966-cı il təvəllüdlü Nazir Hüseyn oğlu Abışova məxsus 55 BF 054 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq aşıb. Sürücü N.Abışov hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə baş verən zaman yük avtomobili bitumla dolu olub. Qəzadan sonra magistral yolda nəqliyyatın hərəkəti bir saat məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti