Kamran Əliyev: "Mediada gedən məlumatları diqqətlə izləyirik"

      Kamran Əliyev:    "Mediada gedən məlumatları diqqətlə izləyirik"
  10 Avqust 2022    Oxunub:477
“Mediada gedən məlumatları diqqətlə izləyirik. Daim çalışırıq ki, istintaq sirrini qorumaq şərti ilə cəmiyyəti məlumatlandıraq”.
AzVision.az xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

O söyləyib ki, Vətən müharibəsi dövründə media nümayəndələri qəhrəmanlıq göstəriblər: “Jurnalistlər Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırırdılar”.

Baş prokuror bildirib ki, hamı Azərbaycan dövlətinə xidmət edir: “Məqsədimiz ondan ibarətdir ki, bərabər şəraitdə bəzi yaranmış problemlərlə əlaqədar nəticələr əldə etmək üçün fikir mübadiləsi aparaq. Bizim məqsədimiz yaranan bəzi boşluqları aradan qaldırmaqdır.

Azərbaycan prokurorluğu dövlətin təhlükəsizliyinə və müdafiə qabiliyyətinə yönələn hərəkətlərlə bağlı qəti addımlar atıb və bundan sonra da atacaq. Biz qanun pozuntularına vaxtında müdaxilə etməliyik. Bəzi xəbərdarlıqlar sosial şəbəkə istifadəçiləri tərəfindən aqressiv qarşılanır”.

AzVision.az

Teqlər:







Xəbər lenti