"Azərbaycanda medianın inkişafı üçün şərait var" - Baş prokuror

   "Azərbaycanda medianın inkişafı üçün şərait var" -    Baş prokuror
  10 Avqust 2022    Oxunub:792
Azərbaycanda medianın zəruri inkişafı üçün şərait var.
AzVision.az xəbər verir ki, baş prokuror Kamran Əliyev “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfrans zamanı bildirib.

Onun sözlərinə görə, müasir cəmiyyətlərin inkişafını medianın inkişafı olmadan düşünmək olmaz.

“Tam əminliklə deyə bilərik ki, Azərbaycanda media artıq hakimiyyətin 4-cü qoludur. Vətən müharibəsi dövründə bizim jurnalistlərimiz birbaşa cəbhə bölgəsində fəaliyyət göstərdi,eyni zamanda Azərbaycanın haqlı mübarizəsini dünyaya çatdırdılar”, - deyə baş prokuror vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti