Azərbaycanda vergi ödəyicilərinin sayı 7%-ə yaxın artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 7%-ə yaxın artıb
  09 Avqust 2022    Oxunub:816
2022-ci ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.370.252 vergi ödəyicisinin 87,6 faizi fiziki şəxs, 12,4 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
AzVision.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,7 faiz (ümumi artımın 84,3 faizi), hüquqi şəxslərin sayı 8,9 faiz (ümumi artımın 15,7 faizi) artıb.

Məlumata görə, yanvar-iyul ayları ərzində vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,4 faiz olmaqla 0,2 faiz artıb. Kommersiya qurumlarının sayı 154.379 vahid təşkil edib və 9,7 faiz artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti