Prezident və xanımı Türkiyəyə getdi

    Prezident və xanımı Türkiyəyə getdi
  09 Avqust 2022    Oxunub:678
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşıladılar.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.









AzVision.az

Teqlər: İlham-Əliyev  







Xəbər lenti