Müğənni Ayan Füzuli Musayevi məhkəməyə verib

Müğənni Ayan Füzuli Musayevi məhkəməyə verib
  29 Aprel 2014    Oxunub:14165
Tanınmış müğənni Ayan Babakişiyeva keçmiş həyat yoldaşı Füzuli Musayevi məhkəməyə verib.
AzVision.az-ın məlumatına görə, müğənninin keçmiş ərini məhkəmə verməsinin səbəbi “atalığın müəyyən olunması”dır.

Aprelin 25-də hakim Zaur Əliyevin sədrliyi ilə keçən iclasda prosesə ilkin baxış keçirilib. Bildirək ki, işə Səbael Rayon Məhkəməsində baxılır.



Qeyd edək ki, Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevlə A.Babakişiyeva 7 illik münasibətdən sonra ayrılıblar. F.Musayave bu yaxınlarda mətbuata verdiyi müsahibəsində mügənni ilə münasibətlərindən söz açaraq Ayanla əlaqəsinib həyatının səhvi adlandırmışdı.

Onu da əlavə edək ki, cütlüyün bir müddət öncə Selena adlı qızı dünyaya gəlib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti