Bakı-Ələt yolunda ağır qəza: 5 nəfər yaralandı

   Bakı-Ələt yolunda ağır qəza:    5 nəfər yaralandı
  08 Avqust 2022    Oxunub:829
Bu gün səhər saatlarında Bakı-Ələt yolunda baş verən avtomobil qəzası nəticəsində yaralanan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.
KTM-dən AzVision.az -a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Digər yaralılarda - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb və hər birinə müvafiq tibbi yardımlar göstərilib.

Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti