Məktəbəhazırlıq qruplarında məktəb seçimi başlayır

   Məktəbəhazırlıq qruplarında məktəb seçimi başlayır
  08 Avqust 2022    Oxunub:1005
Avqustun 8-də Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə başlanılır.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumata görə, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçimi prosesinə isə avqustun 11-də start veriləcək.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti