Azərbaycanda dəhşətli qəza: bəy toy günü öldü + FOTO - YENİLƏNİB

Azərbaycanda dəhşətli qəza: bəy toy günü öldü + FOTO - YENİLƏNİB
  29 Aprel 2014    Oxunub:1107
Bu gün İmişli rayonunda dəhşətli qəza baş verib.
AzVision.az xəbər verir ki, bu barədə qafqazinfo-ya hadisənin şahidləri məlumat verib. Məlumata görə rayonun Hacımuradlı kəndi ərzisində baş verən qəzada bir nəfər ölüb. Ölən şəxsin bu gün toyu imiş. Belə ki, bəyin nişanlısını gözəllik salonundan götürərək ata evinə qoyduğu və geri qayıdarkən qəzaya uğradığı bildirilir.

Qeyd edək ki, qəzaya uğrayan maşın Mercedess olub. Maşının nömrə yerinə "Biz evlənirik" yazıb.

İmişli Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə zamanı dünyasını dəyişən bəy 1981-ci il təvəllüdlü Məstəliyev Yalçın İsrafil oğludur.

Faktla bağlı cinayət işi açılıb.

***

Bu dəqiqələrdə daxil olan məlumata görə, hadisə zamanı maşında olan digər şəxslər, bəyin qohumları Əhmədov Qoşqar Nazim oğlu, Əvəz Süleymanov da dünyalarını dəyişiblər.


AzVision.az



Teqlər:  





Xəbər lenti