"Görüşümüz Türkiyənin oynadığı rolu ortaya çıxarmaq baxımından əhəmiyyətlidir" - Ərdoğan

   "Görüşümüz Türkiyənin oynadığı rolu ortaya çıxarmaq baxımından əhəmiyyətlidir" -  Ərdoğan
  05 Avqust 2022    Oxunub:435
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü davam edir.
AzVision.az xəbər verir ki, görüşün mətbuata açıq hissəsində çıxış edən Ərdoğan Putinə təşəkkür edib və Tehran səfərindən 17 gün sonra yenidən görüşməkdən məmnunluğunu ifadə edib.

Ərdoğan hər iki ölkənin nümayəndə heyətlərinin Türkiyədə görüşlərinin səmərəli keçdiyini qeyd edib.

“Siyasi, iqtisadi və ticarət sahələrində bir çox mövzular müzakirə olundu. İnanıram ki, bu məsələlərdən sonra indi bu mövzulara nöqtə qoymağımız Türkiyə-Rusiya əlaqələrində fərqli səhifə açacaq. İstər enerji təchizatı, istər Qara dəniz xətti ilə kənd təsərrüfatı məhsulları və taxıl ixracı üzrə atılan addımlar, turizmlə bağlı aparılan danışıqlar, nəqliyyat sahəsi ilə bağlı, eləcə də bölgədə atılan bəzi addımlar nümayəndə heyətlərimizin fəaliyyətinin nəticəsidir. Eyni zamanda bu gün baş tutan ikitərəfli görüşümüz Türkiyənin bölgədə oynadığı rolu ortaya çıxarmaq baxımından olduqca əhəmiyyətlidir”, - deyə Ərdoğan qeyd edib.

AzVision.az

Teqlər:







Xəbər lenti