Dövlət Komitəsinin Mətbuat xidmətindən
AzVision.az -a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə din xadimlərinin şəxsi təşəbbüsləri ilə bir sıra məscidlərdə dövlət bayrağının asılması ilə bağlı mütəmadi olaraq müraciətlər daxil olur və bu təşəbbüs Dövlət Komitəsi tərəfindən daim dəstəklənir.
“Bu gün bunu bir çox məscidlərimizdə müşahidə edə bilərsiniz. Belə ki, Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə dövlət bayrağı dalğalanır. Sözügedən nümunəvi addımı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dəstəkləməklə yanaşı, həm də təşviq edir”, - Dövlət Komitəsindən bildirilib.
AzVision.az
Teqlər: