Şəhid əsgər dəfn edildi

 Şəhid əsgər dəfn edildi
  04 Avqust 2022    Oxunub:1973
Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.
AzVision.az xəbər verir ki, mərasimdə rəsmi şəxslər, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Kazımovun nəşi dəfn olunması üçün Qaracəmirli kənd qəbiristanlığına aparılıb, daha sonra yaylım atəşləri altında torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.





AzVision.az


Teqlər:



Xəbər lenti