Xırdalandakı partlayışda 4 nəfər yaralanıb, ikisinin vəziyyəti ağırdır

   Xırdalandakı partlayışda 4 nəfər yaralanıb,    ikisinin vəziyyəti ağırdır
  03 Avqust 2022    Oxunub:1806
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır stabildir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əlavə məlumat veriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti