Azərbaycanın 32 məscidinə dini rəhbər təyin olunub

Azərbaycanın 32 məscidinə dini rəhbər təyin olunub
  03 Avqust 2022    Oxunub:1539
İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 3-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb.
AzVision.az bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

Nəticələrlə bu linkdə tanış olmaq mümkündür.

AzVision.az



Teqlər:



Xəbər lenti