Bakıda çay evi yandı, xəsarət alan var

Bakıda çay evi yandı, xəsarət alan var
  29 Aprel 2014    Oxunub:1047
Bu axşam Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə,Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 612 kv.m olan ikimərtəbəli çay evinin taxta konstruksiyalardan ibarət çardağı 250 kv.m sahədə yanıb.

Hadisə zamanı çay evinin işçisi üzündən yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək, Təcili Tibbi Yardm xidmətinə təhvil verilib.

Çay evinin qalan hissəsi və 1-ci mərtəbə yanğından mühafizə olunub. Yanğın saat 20:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti