Ötən ay 880 nəfər zəhərlənmə ilə bağlı KTM-a müraciət edib

 Ötən ay 880 nəfər zəhərlənmə ilə bağlı KTM-a müraciət edib
  01 Avqust 2022    Oxunub:1429
İyul ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib.
Mərkəzin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, onlardan 158-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan sancıb.

Zəhərlənən şəxslərin 66-sı qadın, 72-i kişi, 20-si isə uşaq olub.

Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü qadın, 3-ü kişidir.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti