Bakıda 56 yaşlı kişi bıçaqlandı

Bakıda 56 yaşlı kişi bıçaqlandı
  29 Aprel 2014    Oxunub:875
Bakıda 56 yaşlı kişi bıçaqlanıb.
AzVision.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Zərifə Əliyeva küçəsi 29-un qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Fərhad İzzət oğlu Mirzəzadə naməlum şəxs tərəfindən bıçaqlanıb.

F. Mirzəzadə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.

APA


Teqlər:





Xəbər lenti