Goranboyda qəza - Ölən və yaralananlar var

   Goranboyda qəza -    Ölən və yaralananlar var
  31 İyul 2022    Oxunub:1256
Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Opel” markalı minik avtomobilinin “Ford” markalı yük maşınına çırpılması nəticəsində 2 nəfər ölüb.

Qəza zamanı 3 nəfər, 2000-ci il təvəllüdlü Eldəniz Babayev,1988-ci il təvəllüdlü Murad Rəhimov və 2001-ci il təvəllüldü Elxan Qocayev isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti