Ağalıda polis sahə məntəqəsi yaradılıb - FOTOLAR

   Ağalıda polis sahə məntəqəsi yaradılıb -    FOTOLAR
  30 İyul 2022    Oxunub:1871
Zəngilan rayonunun Ağalı kəndində müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə

Məlumatda deyilir: "İyulun 19-dan başlanaraq Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb. Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar".





AzVision.az



Teqlər:



Xəbər lenti