İş yerini dəyişdirən müəllimlərin nəzərinə

İş yerini dəyişdirən müəllimlərin nəzərinə
  27 İyul 2022    Oxunub:1465
İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetlərinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
Bu barədə AzVision.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.

AzVision.az


Teqlər:



Xəbər lenti