Sabirabadda 1 yaşlı uşaq yanaraq ölüb

Sabirabadda 1 yaşlı uşaq yanaraq ölüb
  28 Aprel 2014    Oxunub:899
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Sabirabad rayonu, Axısxa kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı ev 70 kv.m sahədə yanıb.

Yanğın zamanı 2013-cü il təvəllüdlü Davitadze Hüseyn Rasim oğlu yanıq xəsarətləri ilə valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti