“Qara siyahı”ya düşən keçmiş kansler Bakıdan Moskvaya getdi
Almaniyanın koalisiya hökumətinə başçılıq edən Sosial Demokrat Partiyası (SPD) keçmiş kansler Gerhard Şröderin partiyadan mümkün xaric edilməsi ilə bağlı rəsmi müzakirələrə başlayıb. Buna səbəb onun Ukraynada müharibəyə səbəb olan Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri olub. Məhkəmə iddiası qərbdəki Hannover şəhərindəki partiyanın filialı tərəfindən qaldırılıb, lakin bunula bağlı arbitraj şurasının qərarı həftələr çəkəcək.
Eyni zamanda Avropa Parlamenti Almaniyanın keçmiş kansleri Gerhard Şröderə qarşı sanksiyalar tətbiq edib.Qətnaməyə əsasən, Avropa Parlamentinin böyük əksəriyyəti sabiq siyasətçiyə qarşı sanksiyaların tətbiqinin lehinə səs verib.
Səbəb siyasətçinin Rusiyanın dövlət şirkətləri, məsələn, “Rosneft” ilə münasibətdə davam edən fəaliyyəti olub. Bildirilib ki, bununla yanaşı sanksiyaların davam olaraq Şröderin Avropadakı aktivlərinin dondurulması nəzərdə tutulub.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


