Peyvənd olunanların sayı açıqlandı

 Peyvənd olunanların sayı açıqlandı
  23 İyul 2022    Oxunub:1053
Azərbaycanda son gündə koronavirus əleyhinə 2 342 vaksin vurulub.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza vaksin vurduranların sayı 1 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 272 nəfərdir.

AzVision.az



Teqlər: Kovid   Peyvənd  



Xəbər lenti