Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı

   Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
  22 İyul 2022    Oxunub:1800
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara kreditləşmə üçün yeni limitlər ayırıb.
Bu barədə AzVision.az -a Fonddan bildirilib.

Məlumata görə, limitlər iyulun 25-də, saat 11:00-da aktivləşdiriləcək.

Xatırladaq ki, bu il İKZF-nin vəsaiti hesabına təxminən 3 min Azərbaycan vətəndaşına 230,7 milyon manat adi və güzəştli kredit verilib. Son nəticədə dövlət xətti ilə kredit almış vətəndaşların satı 39,7 mini, kreditlərin ümumi məbləği isə 2 227 milyon manatı keçib.

AzVision.az



Teqlər:



Xəbər lenti