Əvvəlki illərdən bağlı qalan 12 ağır cinayətin üstü açıldı

   Əvvəlki illərdən bağlı qalan 12 ağır cinayətin üstü açıldı
  22 İyul 2022    Oxunub:1639
Bu il əvvəlki illərdən bağlı qalmış 12 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.
Bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib. 2022-ci ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilən peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilən 12 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin olunub.

Onlardan 8-i baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Prokurorluq  



Xəbər lenti