Altı ayda 35 mindən çox şəxsə əlillik təyin edildi

   Altı ayda 35 mindən çox şəxsə əlillik təyin edildi
  22 İyul 2022    Oxunub:1426
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-iyun ayları ərzində 35 300 şəxsə əlillik təyin edib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, onlardan 11 mini ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır. Həmçinin müvafiq dövr ərzində 19 min 300 şəxsə reabilitasiya xidməti göstərilib, 6 min 702 şəxsə 29 min 300 reabilitasiya vasitəsi verilib.

AzVision.az



Teqlər: Əlil  



Xəbər lenti