Suriyada daha bir azərbaycanlı öldürülüb

Suriyada daha bir azərbaycanlı öldürülüb
  28 Aprel 2014    Oxunub:1158
Suriyada döyüşlərdə daha bir azərbaycanlı qətlə yetirilib.
APA-nın “Öyrənci səsi”nə istinadən verdiyi məlumata görə, Təbriz şəhər sakini azərbaycanlı Məhərrəm Əlipurun Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstək vermək məqsədilə bu ölkəyə göndərildiyi, müxaliflərlə döyüşdə öldürüldüyü bildirilir. Onun hansı təşkilata mənsub olduğu ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl Suriyada iki təbrizli qətlə yetirilib. Onlardan biri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) üzvü, 26 yaşlı Mahmud Beyzayidir (Hüseyn Nüsrəti). Onun Suriyada Həzrəti Zeynəbin (ə) müqəddəs ziyarətgahı uğrunda gedən döyüşlərdə həlak olduğu açıqlanıb. M. Beyzayinin ailəsi Təbrizdə yaşayır və bir yaşlı qızı var. Onun cənazəsi 2014-cü il yanvarın 22-də Təbrizə gətirilərək dəfn edilib.

Suriyada döyüşlərdə həlak olan digər təbrizli isə Kənani soyadlı şəxsdir.

İran öz hərbçilərini Həzrəti Zeynəbin (ə) müqəddəs ziyarətgahını qorumaq məqsədilə Suriyaya göndərdiyini iddia edir. B. Əsədə müxalif qüvvələr onlardan 48 nəfərini girov götürüb. Həmin iranlı hərbçilər arasında “Sepah”ın Qərbi Azərbaycan bölməsinin baş komandanı Abidin Xürrəm də var.


Teqlər:





Xəbər lenti