Sumqayıtda məktəbdə pul yığılması faktı təsdiqini tapdı

   Sumqayıtda məktəbdə pul yığılması faktı təsdiqini tapdı
  22 İyul 2022    Oxunub:1354
Abşeron-Xızı Regional Təhsil İdarəsinə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı məlumat daxil olub.
İdarədən AzVision.az -a verilən xəbərə görə, səs yazısındakı iddialarla bağlı dərhal Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb.

Araşdırma nəticəsində fakt öz təsdiqini tapıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qeyd edək ki, səs yazısında attestat və digər işlərlə bağlı valideyndən pul tələb olunurdu.

AzVision.az


Teqlər:



Xəbər lenti