“Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” – VİDEO

   “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” –    VİDEO
  21 İyul 2022    Oxunub:1681
İyulun 21-də - Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilib.


Beynəlxalq media və ictimaiyyət nümayəndələrinin, xarici və yerli media ekspertlərinin iştirak etdikləri konfransın təşkilində məqsəd Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, müasir dövrdə media islahatları, əldə olunan ilkin nəticələr və təhlilə yönələn fikir mübadiləsinin aparılmasıdır.


MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov açılış nitqində bildirib ki, Medianın İnkişafı Agentliyi, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir.


Konfrans “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin moderatorluğu ilə panel sessiyası ilə davam edib.
Media islahatlarının yönəldiyi hədəflər – Səadət Yusifova sadaladı

Paneldə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi fundamental islahatlar nəticəsində müstəqil Azərbaycanın informasiya siyasətinin prioritetləri müəyyən edilib, senzura ləğv olunub, media üzərində dövlət nəzarəti aradan qaldırılıb, onun maddi- texniki bazası möhkəmləndirilib, yeni inkişaf perspektivləri açılıb.


Səadət Yusifova cəmiyyətin həyatında medianın rolunun durmadan artdığını deyib, medianın fəaliyyətində hər zaman obyektivlik, modernləşmə, rasionallıq, kreativlik, sosial məsuliyyət prinsiplərinin, milli maraqların daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb.


Konfrans çərçivəsində MEDİA-nın yenilənmiş veb-saytının təqdimatı olub.

Agentliyin nümayəndəsi Ləman İsgəndərova bildirib ki, sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar nəzərə alınmaqla yenidən qurulub. Yenilənmiş veb-sayt informativ olmaqla yanaşı, istifadəçilər üçün daha əlçatandır.





Teqlər:   MEDİA  





Xəbər lenti