Bakıda 4 otaqlı ev yanıb

Bakıda 4 otaqlı ev yanıb
  21 İyul 2022    Oxunub:1075
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: FHN  



Xəbər lenti