Yazıda Şuşanın görkəmli xadimləri haqqında məlumat verilir, şəhərin dünyanın mədəniyyət incisi olduğu vurğulanır. Qeyd edilir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şuşada və Azərbaycanın işğaldan azad edilmiş digər bölgələrində hazırda böyük abadlıq və quruculuq işləri aparılır. Eyni zamanda, indoneziyalı jurnalistlər bütün bunları öz gözləri ilə gömək üçün Şuşaya dəvət edilirlər.
Xatırladaq ki, Əli Zülüfqaroğlu və Elnur Eltürkün Şuşa ilə bağlı yazıları bir müddət öncə İngiltərə, İtaliya, İordaniya, Əlcəzair, Misir, İraq, Sudan, Pakistan və Özbəkistanın ümumilikdə 16 fərqli media orqanlarında yayımlanıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


