Jurnalistlərin binasında baş verən yanğın söndürüldü

Jurnalistlərin binasında baş verən yanğın söndürüldü
  20 İyul 2022    Oxunub:1581
Bakının Səbail rayonunda yerləşən Jurnalistlər binasında yanğın olub.
AzVision.az xəbər verir ki, yanğın 1-ci Jurnalistlər binasının 13-cü mərtəbəsindəki mənzillərin birində baş verib.

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti