Hərbçilərimiz Ağdərəyə silah aparan Rusiya sülhməramlılarını geri qaytardı - QALMAQAL
Belə ki, dünən axşamüstü Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına məxsus 1 ədəd 82A zirehli döyüş maşını və 3 ədəd "Ural" markalı avtomobil yoxlanmaq üçün dayandırılıb.
Avtomobillərə baxış zamanı onlardan birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd “Kalaşnikov” markalı AKM avtomatı aşkar edilib.
Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb və geri qaytarılıb. Məlumata görə, Rusiya sülhməramlılarının maşın karvanı Ağdamdan Ağdərəyə gedirmiş.(modern.az)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


