Ağalıdakı tibb məntəqəsinə həkimlərin gedəcəyi tarix açıqlandı

   Ağalıdakı tibb məntəqəsinə həkimlərin gedəcəyi tarix açıqlandı
  20 İyul 2022    Oxunub:1725
Zəngilan rayonun Ağalı kəndində müasir standartlara cavab verən ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) istifadəyə hazır vəziyyətdədir. Mərkəzin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilana səfəri çərçivəsində baş tutub.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, ilə sağlamlıq mərkəzinin tibbi personalı 26 iyul tarixindən etibarən Ağalıya köçürüləcək.

"Mərkəz Zəngilan Rayon Mərkəzi Xəstəxanasının struktur vahididir. Mərkəzdə tele-tibb sistemi vasitəsilə xəstənin arterial təzyiqi, qanda oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.

Mərkəzdə hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi, laborator xidmətləri otaqları və stomatoloji kabinet mövcuddur.

Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilator, EKG cihazı, sterilizator, portativ lampa, ekspres laborator test cihazları, aspiratorla təchiz olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti