Zaqatala sakininin müraciəti nəzarətə götürülüb

Zaqatala sakininin müraciəti nəzarətə götürülüb
  20 İyul 2022    Oxunub:758
Zaqatala rayon sakini Eyvaz Mahmudov iyunun 28-də Baş prokuror Kamran Əliyev tərəfindən Zaqatala rayon prokurorluğunda qəbul edilməklə qızı Rəna Ramazanovanın vəfat etməsi faktı ilə bağlı aparılan araşdırma üzrə müraciəti nəzarətə götürülüb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, araşdırma zamanı müvafiq ekspertiza təyin olunub. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

AzVision.az



Teqlər: Prokurorluq  



Xəbər lenti