Nazirlikdən COVID xəbərdarlığı: "Vəziyyət pis olacaq"

  Nazirlikdən COVID xəbərdarlığı:  "Vəziyyət pis olacaq"
  20 İyul 2022    Oxunub:1710
“Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq. Çünki bir müddət əvvəl epidemioloji vəziyyət nəzarət altında idi”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, bunun Azərbaycana da təsiri olacaq: “Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu gözlənilən haldır”.

AzVision.az


Teqlər:



Xəbər lenti