Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsdi

Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsdi
  20 İyul 2022    Oxunub:1314
Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsib.
Bu barədə SANA agentliyi Suriya XİN-dəki mənbəyə istinadən xəbər verib. Bu addımın qarşılıqlılıq prinsipinə uyğun olaraq atıldığı qeyd edilir. Xatırladaq ki, Ukrayna hökuməti iyunun sonunda Dəməşqlə münasibətləri dayandırmaq qərarını açıqlayıb.

Buna səbəb Suriyanın Donbasın və Luqanskın Rusiya ordusu tərəfindən müvəqqəti işğal olunmuş ərazilərinin “müstəqilliyi”ni tanıması qərarı olub. Suriyanın prezident aparatı cari ilin fevralında hər iki separatçı regionun müstəqilliyini tanımaq niyyətində olduğunu bəyan etmişdi.

Ukrayna tərəfi həmçinin Suriyaya qarşı ticarət embarqosu, habelə Suriyanın hüquqi və fiziki şəxslərinə qarşı digər sanksiyaların tətbiqi prosedurlarına da başlayacağını açıqlayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti