Temperatur 3-5 dərəcə enəcək, yağış yağacaq

   Temperatur 3-5 dərəcə enəcək,  yağış yağacaq
  20 İyul 2022    Oxunub:2359
Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək. Şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, havanın temperaturu tədricən 3-5° aşağı enəcək. Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti