Pakistanla səhiyyə sahəsində əməkdaşlıq gücləndirilir
Nazir qeyd edib ki, ölkələrimiz arasında səhiyyə sahəsi və tibb elminə dair memorandum imzalanmasa da sıx əməkdaşlıq mövcuddur: “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrimiz Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Birgə Komissiyanın Protokolunun müddəalarına uyğun olaraq həyata keçirilir. Sonuncu Komissiyanın Protokoluna əsasən Azərbaycan tərəfindən səhiyyə sahəsində əməkdaşlıq üzrə işçi qrup müəyyən edilmiş və bu barədə Pakistan tərəfinə məlumat verilib. Eləcə də cari ilin iyun ayında Pakistanın yeni təyin edilmiş səhiyyə nazirinə diplomatik kanallarla təbrik məktubu göndərilib”.
Çıxışının sonunda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. Öz növbəsində Bilal Hayee Azərbaycanın Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkə olduğunu bildirib. Çıxışı zamanı səfir qeyd edib ki, hazırda 25 pakistanlı tələbə Azərbaycan Tibb Universitetində (ATU) ali tibbi təhsil alır.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları, nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə ÜST, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


