"İntihar xəbərləri ilə iradəsi zəif insanlar məlumatlanırlar" - Əflatun Amaşov

   "İntihar xəbərləri ilə iradəsi zəif insanlar məlumatlanırlar" -    Əflatun Amaşov
  20 İyul 2022    Oxunub:1201
Bir sıra sayt, qəzet və televiziyalar və sosial şəbəkələrdə intiharla bağlı xəbərlərin sayı artır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, hadisə xəbərlərində insanlar qəhrəmana çevrilir: "Cəmiyyətdə iradəsi zəif insanlar bu xəbərləri media vasitəsi ilə məlumatlanır. Problemlərinin həllinin çıxış yolunu da intiharda görür. Nəticədə intiharların sayı artır. Sosial problemlər, yoxsulluq insanları intihara aparır. İntihar hadisəsi konkret hadisədir. Bütün dünyada baş verir və onların işıqlanıdırlmaması qərarlaşdırılıb və belə xəbərlər azlıq təşkil edir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti