Kürdə suyun səviyyəsi azalıb
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 9 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 20 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 18 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 43 faiz azdır. Məntəqədə orta su sərfi iyulun 19-da 25 kubmetr/saniyə, maksimal su sərfi iyulun 19-u saat 08:00-da 27 kubmetr/saniyə təşkil edib.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 334 santimetr, su sərfi saniyədə 98 kubmetr, məntəqədə orta və maksimal su sərfi iyulun 19-da 98 kubmetr/saniyəyə bərabər olub
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 125, məntəqədə orta səviyyə iyulun 19-da 128 santimetr olub. Maksimal səviyyə isə iyulun 19-u saat 08:00-da 129 santimetr təşkil edib.
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 13 santimetr artaraq 117 santimetr, su sərfi saniyədə 47 kubmetr, məntəqədə orta su sərfi iyulun 19-da 43,2 kubmetr/saniyə, maksimal su sərfi iyulun 19-u saat 20:00-da 51,7 kubmetr/saniyəyə bərabər olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


