Media reyestrinin hüququ bazası formalaşdırılıb

   Media reyestrinin hüququ bazası formalaşdırılıb
  19 İyul 2022    Oxunub:2268
Media reyestrinin fəaliyyətə başlaması üçün normativ hüququ bazanın formalaşması artıq tərəfimizdən təmin olunub və layihələr təqdim olunub.
AzVision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraı direktoru Əhməd İsmayılov ASAN Radionun "QəbuldaASAN" verilişində deyib. O bildirib ki, müvafiq ekspertizalar həyata keçirilikdən sonra təsdiq edilməsi üçün aidiyyatı üzrə təqdim olunacaq

"Biz paralael şəkildə media reyestrinin texniki tapşırığını hazırladıq. Bu ASAN Xidmətlə birlikdə həyata keçirilir. Qarşıqlı əməkdaşlıq nəticəsində texniki tapşırıq yekunlaşıb, layihə icra səviyyəsindədir. Proqram təminatı qurulmalıdır. Media reyestri elektron hökümətə ineqrasiya olunmuş şəkildə fəaliyyət göstərəcək. Bunun üçün artıq işlərin bir çox hissəsi görülüb. Proqram təminatı yekunlaşduqdan sonra ictimaiyyətə məlumat veriləcək".

AzVision.az



Teqlər:



Xəbər lenti