"Şuşada yaşayanlar tibbi göndərişlə təmin olunur" - Direktor

"Şuşada yaşayanlar tibbi göndərişlə təmin olunur" -    Direktor
  19 İyul 2022    Oxunub:910
Şuşada yaşayanlar üçün tibb xidmətlərin göstərilməsində heç bir problem yoxdur. Onların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir.
AzVision.az xəbər verir ki, bu fikirləri Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib.

O bildirib ki, Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlərimiz tərəfindən tibbi xidmət göstərilir:

"Onlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi Xəstəxanasına verilir. Lazım gələrsə Bakı şəhərindəki xəstəxanalara da tibbi göndəriş yazıla bilər".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti